HƏNƏFİ MƏZHƏBİ

fiqhi məzhəblərdən biridir. Bu məktəbin adı və yaranması Əbu Hənifə ilə bağlıdır. Daha sonra onun davamçıları onun elmi irsini toplayaraq sistemləşdirmişdirlər. Əbu Hənifə fiqhi hökmlər verdikdə Qurana, Məhəmməd peyğəmbərin hədislərinə, səhabələrin rəvayətlərinə, qiyasa, istihsana, örfə, alimlərin icmasına müraciət edirdi. Əbu Hənifəin özündən bir neçə kiçik kitabdan başqa bir şey qalmamışdır. Onların da müəllifliyi mübahisəlidir. Demək olar ki, onun bütün irsini tələbələri ortaya çıxartmışdırlar və onların səyləri nəticəsində hənəfi məzhəbinin əsasları qoyulmuşdur. Əbu Hənifənin təliminin sistemləşdirilməsi və yayılmasında onun tələbələrindən Əbu Yusifin və Məhəmməd ibn Həsən Şeybaninin (132 – 189) xüsusi rolu olmuşdur. Əbu Yusif Əbu Hənifənin irsini əhatə edən Kitabül-Əsar, İxtilafu Əbu Hanifa və İbn Əbu Leyla (Əbu Hanifə ilə İbn Əbu Leylanın çəlişməsi), Ər-Rəddu Əla Siyərül-Əvzai (Əvzainin savaşın aparılma qaydalarına qarşı), Kitabül-Xərac (Vergilər kitabı) kitablarını yazmışdır. Bəzi məsələrdə onun baxışları Əbu Hənifənin baxışları ilə üst-üstə düşməmişdir. Məhəmməd ibn Həsən Şeybani də fiqh üzrə çoxlu kitablar yazmışdır, orada müəllinin irsini də qələmə almışdır. Ümumiyyətlə, Hənəfi məzhəbinin kitabları üç kateqoriyaya bölünür: 1. Zahir ər-Rəvayə (Açıq olan bilgi). Bu kitablar məzhəbin ən əsas qaynağıdır. Bura Əbu Hənifənin, Əbu Yusifin, Məhəmməd Şeybaninin, Züfər ibn Hüzeylin, Həsən ibn Ziyadın, eləcə də başqa alimlərin əsərləri daxildir; 2. Qeyri-Zahir ər-Rəvayə (Açıq olmayan bilgi). Zahir ər-Rəvayəyə nisbətən daha zəif hesab edilir. Müxtəlif alimlərin Zahir ər-Rəvayə daxil edilməyən əsərlərindən ibarətdir; 3. Əl-Vaqiət (rəvayətlər) və fətvalar. Bu kitabların müəllifləri Əbu Yusif və Məhəmməd Şeybaninin tələbələri, eləcə də onların çox saylı davamçıları olmuşdurlar. Bu kitablarda məzhəbin fiqhi hökmləri, eləcə də müxtəlif rəvayətlər yer almışdır. Əbu Hənifənin tələbələrinin arasında bəzi fiqhi məsələlər üzrə fikir ayrılığı olsa da, onun adı ilə bağlı bu fiqh məzhəbinin Xilafətdə yayılması üçün onlar böyük səylər göstərmişdirlər. Bununla yanaşı onlar hənəfi məzhəbinin əsaslarını daha da yetkinləşdirməyə çalışmışdırlar. Onların cəhdlərinin nəticəsində Hənəfi məzhəbi bütün problemləri çözə bilən bir hüquqi sistemə çevrilmişdir. Buna görə də o, Abbasi xilafətində ən geniş yayılmış məzhəb olmuşdur. Abbasi xəlifəsi Harun ər-Rəşidin dövründə Hənəfi məzhəbinin ən görkəmli nümayəndələrindən biri olan Əbu Yusif, Bağdadda baş qazi vəzifəsinə təyin olunmuşdur. Xilafətin bütün bölgə qazilərini vəzifələrə o təyin edirdi. Bunu edərkən Əbu Yusif hənəfi məzhəbinin ardıcıllarına üstünlük verirdi. Buna görə də, bu məzhəb ölkədə daha da geniş yayılırdı. Sonra hənəfilik Osmanlı imperiyasında da rəsmi hüquq məzhəbi olmuşdur. Beləliklə, bu məzhəb müsəlman dünyasının bir çox yerlərində yayılaraq bu günə kimi ən geniş yayılmış hüquq məktəblərindən biridir. Hənəfi məzhəbinin ardıcıllarının inancla bağlı yanaşmaları daha çox maturudiliyin üzərində qurulmuşdur.
HƏNBƏLİ MƏZHƏBİ
HƏRRAN
OBASTAN VİKİ
Hənəfi məzhəbi
Hənəfi məzhəbi — 4 sünni məzhəbindən biri. Əhli-sünnə yolunun davamçılarının böyük hissəsi bu məzhəbi yaşayır. Məzhəbin qurucusu böyük İslam alimi Əbu Hənifədir (əsl adı Numan bin Sabit) (699-767). Hənəfilik Türkmənistan, Əfqanıstan, Türkiyə, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, İordaniya, Tatarıstan, Başqırdıstan, Suriya, İraqın mərkəzi şəhərləri (Ramadi, Bağdad, Tiqrit), İranın Xorasan əyalətində, Cibuti, Bosniya və Herseqovina, Banqladeş, Şri-Lanka və Çinin Sincan-Uyğur Muxtar Rayonunda yayılmışdır. Hənəfi məzhəbi dörd sünni məzhəbinin əhali baxımından ən genişidir. Davamçıları bütün İslam aləminin %56-ni təşkil edirlər. Hənəfi məzhəbi Abbasilər Xilafətinin və Osmanlı dövlətinin rəsmi məzhəbi olmuşdur [mənbə göstərin]. Hənəfi məzhəbi Şeyxülislam İmam-Əzəm Əbu Hənifənin ictihadları əsasında formalaşmışdır. Onun tələbələri Əbu Yusuf, Şeyx Züfar və Məhəmməd bin əl-Hasan tərəfindən İmam-Əzəmin fikirləri saxlanılmış, sistemləşdirilmiş və gələcək İslam nəsillərinə ötürülmüşdür. Hənəfi məzhəbində hökm vermənin əsasları: Quran Sünnə (səhabələrdən gələn hədislər) İcma Qiyas 2007-ci ildə Hənəfi məzhəbi Tacikistanın rəsmi məzhəbi elan edilmişdir..
Hənəfi Terequlov
Məmməd Hənəfi Həsən oğlu Terequlov (əsl adı:Məhəmmədhənifə Həsən oğlu Terequlov; 27 noyabr 1877, Tiflis – 18 dekabr 1942, Bakı) — Azərbaycan aktyoru, opera müğənnisi, bariton, teatr xadimi və ictimai xadim, Azərbaycanda opera xorunun banilərindən biri. Hənəfi Terequlov Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Hacıbəylinin qardaşıdır. Zaqafqaziya (Qоri) Müəllimlər Seminariyasının məzunu olmuşdur. Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) — rol: Vəli Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 17–20.
Hənəfi Zeynallı
Zeynallı Hənəfi Baba oğlu (1896, Bakı – 13 oktyabr 1937 və ya 1937, Bakı) — müəllim, ədəbiyyatşünas, tənqidçi, folklorşünas, mətnşünas, Azərbaycan şifahi xalq ədəbiyyatının ilk tədqiqatçılarından biri,1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Hənəfi Zeynallı 1896-cı ildə Bakının Mərdəkan qəsəbəsində, dəmirçi-nalbənd ailəsində anadan olmuşdur. Babası nalbənd Zeynalabdin bütün Abşeron yarımadasında, həmçinin, Mərdəkan kəndində mahir sənətkar kimi tanınmışdır. Hənəfi Zeynallı altı yaşında olarkən atası vəfat etmişdir. O, kiçik yaşlarından anasının himayəsində yaşamışdır. Zeynallı yeddinci rus-tatar məktəbinə daxil olmuş, on iki yaşında məktəbdə oxuya-oxuya ailəsini dolandırmaq üçün çəkmə silməklə, qəzet satmaqla məşğul olmuşdur. O, rus-tatar məktəbini bitirdikdən sonra Bakıda Alekseyev adına 3 nömrəli ali-ibtidai məktəbdə təhsilini davam etdirmişdir. Hənəfi Zeynallı 1916-cı ildə həmin məktəbi uğurla bitirir. Daha sonra imtahan verib müsabiqə yolu ilə ali-texniki məktəbə daxil olur. Eyni zamanda, Moskva-Nijniqorod dəmiryol baş idarəsində işləyir.
Həsən Hənəfi
Həsən Hənəfi(23 fevral 1935, Qahirə – 21 oktyabr 2021) – Qahirə Universitetinin professoru və fəlsəfə kafedrasının rəhbəri olmuşdur. O müasir islam məsələlərində qabaqcıl mütəxəssis hesab edilirdi. O, Misirin Qahirə şəhərində sənətçi ailəsində dünyaya gəlmişdi. Yeniyetməlik çağında skripkada ifa etməyi öyrənən Həsən həyatının sonrakı dövründə də bu məşğuliyyətini davam etdirdi. Gənclik illərində inqilabçı siyasi fəaliyyətlərdən ruhlanan Hənəfi Müsəlman Qardaşlığı təşkilatına maraq göstərirdi. Daha sonra Hənəfi Parisdə Sarbonna universitetində təhsil almışdır. Hənəfi fenomenologiya ilə məşğul olan Osman Aminin davamçısı idi və Husserlin metodundan bəhrələnərək klassik islam fəlsəfəsini rekonstruksiya və Avropa şüurunun inkişafını tənqid etdiyi bir trilogiya qələmə almışdır.
Hənbəli məzhəbi
Hənbəli məzhəbi — İslam dünyasında geniş yayılmış hüquq məktəblərindən biri. Onun qurucusu Əhməd ibn Hənbəl 780-ci ildə Bağdadda anadan olmuş, erkən yaşlarından Quranı, hədisləri, səhabə və tabiunların həyatını dərindən öyrənmiş, ərəb dilinin incəliklərinə yiyələnmişdir. Lakin onu daha çox hədis və hüquq elmləri maraqlandırmışdır. Bu sahələr üzrə müəllimi hüquqşünas, Hənəfi məzhəbinin qazisi Əbu Yusif olmuşdur. Əhməd ibn Hənbəl mötəziliyi rəsmi dövlət ideologiyasına çevirmiş Abbasi xəlifəsi Məmunun hakimiyyəti dövründə yaşamışdır. O zamanlar mötəzilə kəlamçıları ilə sünni ənənəçiləri arasında Quranın yaradılmış olub-olmaması haqqında qızğın diskussiyalar gedirdi. Mötəzilə mənsubları Quranın yaradılmış olduğunu iddia edir, sünnilər isə bununla razılaşmırdılar. Bu durumu görən xəlifə Məmun 841-ci ildə hamıya zorla "Quranın yaradılmış olması" inancını və başqa mötəzilə ehkamlarını qəbul etdirməyə başlamışdır. Bundan sonra müsəlman alimlərinin əksəriyyəti mötəzilə ehkamlarını qəbul etsələr də, bəziləri bundan imtina etməmişlər. Bu səbəbdən təqiblərlə üzləşənlərdən biri də Əhməd ibn Hənbəl olmuşdur.
Maliki məzhəbi
Maliki (ərəb. مالكي‎) məzhəbi — Sünni İslamın içərisində İslam hüquqşünaslığının dörd böyük məktəbindən biri. Onun əsası 8-ci əsrdə Malik ibn Ənəs tərəfindən qoyulmuşdur. Maliki fiqh məktəbi ilkin mənbə kimi Quran və hədislərə əsaslanır. Digər İslam fiqhlərindən fərqli olaraq Maliki fiqhi də Mədinə əhalisinin icmasını İslam hüququnun etibarlı mənbəyi hesab edir. Maliki məzhəbi sünni müsəlmanların ən böyük qruplarından biridir, tərəfdarlar arasında Şafi məzhəbi ilə müqayisə oluna bilər, lakin Hənəfi məzhəbindən daha kiçikdir. Maliki doktrinasına əsaslanan şəriətə əsasən Şimali Afrikada (Şimali və şərqi Misir istisna olmaqla), Qərbi Afrikada, Çadda, Sudanda, Küveytdə, Bəhreyndə, Qətərdə, Dubay Əmirliyində (BƏƏ) və Səudiyyə Ərəbistanının şimal-şərq hissələrində mövcuddur. Orta əsrlərdə Maliki məktəbi həmçinin Avropanın İslam hakimiyyəti altında olan bölgələrində, xüsusən də İslam İspaniyası və Siciliya Əmirliyində mövcud olub. 9-cu əsrdən 11-ci əsrə qədər Maliki təliminin əsas tarixi mərkəzi Tunisin Uqbə məscidində olmuşdur. İslamın sünni qolunun dörd hüquq məktəblərindən biri də Maliki fiqh məzhəbidir.
Matüridi məzhəbi
Maturidilik — sələfilik və əşəriliklə yanaşı əhli-sünnənin 3 etiqadi məzhəbindən biri. Bu etiqadi məzhəb Əbu Mansur Muhamməd bin Muhamməd b. Mahmud əl-Maturidinin əqidə ilə bağlı görüşlərini mənimsəyən və bölüşənlərin fikir məzhəbidir. əl-Maturidi hicri 238-ci (miladi 852-ci) ildə Türküstanda Səmərqənd şəhəri yaxınlığındakı bir kənddə türk ailəsində doğulmuşdur. Maturidilər hesab edir ki, hicri II əsrdən etibarən ortaya çıxan bidətçi təriqətlərə, xüsusən də dində yalnız əsasən ağıla üstünlük verən Mötəziləyə qarşı sələfin (peyğəmbər səhabələrinin və onların davamçısı olan tabiinlərin) metodu ilə qarşı çıxmaq, əhli-sünnət inancını qorumaq çətin olduğu üçün inanc mövzusunda, ayə və hədislərlə yanaşı ağıla da yer vermək, Sünnənin mənbələri ilə yanaşı əqli açıqlamalar da edərək məsələnin daha yaxşı başa düşülməsi və qəbul edilməsi üçün əvvəlki alimlərin, xüsusən də fiqhi məzhəb imamlarının — imam Malikin, imam Şafinin, imam əbu-Hənifənin, imam Əhməd ibn Hənbəlin istifadə etmədiyi üsullardan istifadə etmək zərurətə çevrildiyi üçün, əl-Maturidinin görüşləri mühüm əhəmiyyət kəsb etmişdir. Bu üzdən əksər maturidilər Quran ayələrini insan düşüncəsi ilə yozulmasını mümkün saymışdır. Eyni zamanda onlar Allahın endirdiyi ayələrin anlaşılmasında düşüncənin roluna çox əhəmiyyət vermişdir. Xüsusən də bu, Allahın varlığı məsələsinə münasibətdə görünməkdədir. Belə ki, məturidilər düşüncənin vasitəsilə edilən təhlili inkar etməmişdirlər. Maturidi hesab edirdi ki, Allahın varlığı faktını düşüncə ilə də anlamaq olar.
Matüridilik məzhəbi

Matüridiyyə məzhəbi

Qadiyani məzhəbi
Əhmədiyyə və ya Qadiyanilik (ərəb. أحمدية‎, urdu احمدِیہ) — XIX əsrin sonlarında Hindistanda yaranmış İslami təriqət. Bəzi müəlliflərə görə müstəqil dindir. Təriqətin əsası 23 mart 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən qoyulmuşdur. Təriqətin əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Bu təriqət Pakistanda rəsmən qadağan edilsə də, əsas ardıcılları, təxminən 2 milyon nəfər məhz bu ölkədə cəmləşmişdir. Təriqət üzvləri son illərdə digər ölkələrdə də aktiv missionerlik fəaliyyəti həyata keçirirlər. İslam, Hindistan dinləri, mistika və xristian qnostisizminin dini təlimlərini özündə birləşdirən bu təriqət mənsublarını "Əhmədilər" də adlandırırlar. Lakin, İslam alimləri bu adlandırmanın əleyhinə çıxaraq onların Qadiyanilər adlandırılmasını daha düzgün hesab edirlər. Belə ki, Əhməd Məhəmməd peyğəmbərin adlarından biridir və hərəkatın nümayəndələri özlərini Əhmədi adlandırmaqla öz təriqətlərinin İslamla birbaşa əlaqəsini göstərməyə çalışırlar.
Sünni məzhəbi
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Xarici məzhəbi
Xaricilər (ərəb. الخوارج‎ əl-xəvaric; mənası – çıxıb gedənlər) — erkən İslam məzhəblərindən biri. Dini və siyasi məsələlərdə fərqli görüşləri və fəaliyyətləri ilə tanınan firqədir. Yenə müxalifləri tərəfindən Xaricilər haqqında istifadə olunmuş bir digər isimdə " Dindən çıxmış"mənasında "məriqa"dır. Lakin Özləri isə Xaricilər özlərini "Allah və peyğəmbərinə hicrət edənlər", "Kafirlərlə hər cür münasibəti kəsənlər "mənasında istifadə edirlər. Xaricilərin bəyənib, özləri üçün istifadə etdikləri başqa bir ad isə "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tovratda, İncildə, Quranda haqq olaraq vədd edilmiş, Cənnət müqabilində satın almışdır "ayəsi ilə əlaqəli olan şurat ismidir. Xarici sözünün mənası–çıxmaq, itaətdən çıxıb üsyan etmək deməkdir. Toplu olaraq xariciyyə və xəvaric kimi işlədilir. Firqənin adı barəsində müxtəlif fikirlər irəli sürülmüşdür. Kəndlilərinə qarşı üsyan etdikləri üçün firqənin müxalifləri xəvaric ismini “insanlardan, dindən, haqqdan və Əlidən uzaqlaşan və hakimiyyətə qarşı adlandırılaraq camaatdan çıxanlar “olaraq işlədilmişdir.
Xaricilik məzhəbi

Xaricilər məzhəbi

Xariciyyə məzhəbi

Şafi məzhəbi
Şafi məzhəbi — Əhli Sünnədə 4 haqq məzhəbdən biri. Məzhəb imam Şafinin dini elmi görüşləri əsasında formalaşıb. İslam dünyasında ən geniş yayılmış hüquq məktəblərindən olan Şafii məzhəbinin qurucusu Məhəmməd ibn İdris əş-Şafii 767-ci ildə Qəzzədə (Fələstində) dünyaya gəlmişdir. Soyu Qüreyş tayfasındandır. Erkən yaşlarından atasını itirib ehtiyac içində böyüyən, lakin istedadlı olan gənc Məhəmməd Quran və hədisləri mükəmməl öyrənmiş, sonra isə Məkkəyə köçüb, tanınmış alimlərdən müxtəlif elmlərə dair dərs almışdır. Daha sonra bacarıq və istedadı sayəsində çeşidli dövlət vəzifələrində çalışmış, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. Ömrünün çox hissəsini Bağdadda, son illərini isə Misirdə keçirmiş və 820-ci ildə orada da vəfat etmişdir. O, "Üsulul-fiqh" adlanan hüquq metodologiyasında mühakimə çıxarmaq prinsiplərini işləyib hazırlamış və fətvaların yalnız həmin prinsiplər əsasında verilməsi fikrini irəli sürmüşdür. Ona qədər də müctəhidlər fətva vermək məsələsində müəyyən metodlara əsaslanırdılar. Lakin əş-Şafii ancaq istinadları təqdim etməklə kifayətlənməmiş, hüquqi mühakimələr irəli sürülərkən riayət ediləsi vacib metodoloji prinsipləri də göstərmişdir.
Şafii məzhəbi
Şafii məzhəbi (ərəb. الشافعيّة‎ əş-şafiiyyə) — Əhli Sünnədə 4 haqq məzhəbdən biri. Məzhəb imam Şafiinin dini elmi görüşləri əsasında formalaşıb. İslam dünyasında ən geniş yayılmış hüquq məktəblərindən olan Şafii məzhəbinin qurucusu Məhəmməd ibn İdris əş-Şafii 767-ci ildə Qəzzədə (Fələstində) dünyaya gəlmişdir. Soyu Qüreyş tayfasındandır. Erkən yaşlarından atasını itirib ehtiyac içində böyüyən, lakin istedadlı olan gənc Məhəmməd Quran və hədisləri mükəmməl öyrənmiş, sonra isə Məkkəyə köçüb, tanınmış alimlərdən müxtəlif elmlərə dair dərs almışdır. Daha sonra bacarıq və istedadı sayəsində çeşidli dövlət vəzifələrində çalışmış, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. Ömrünün çox hissəsini Bağdadda, son illərini isə Misirdə keçirmiş və 820-ci ildə orada da vəfat etmişdir. O, "Üsulul-fiqh" adlanan hüquq metodologiyasında mühakimə çıxarmaq prinsiplərini işləyib hazırlamış və fətvaların yalnız həmin prinsiplər əsasında verilməsi fikrini irəli sürmüşdür. Ona qədər də müctəhidlər fətva vermək məsələsində müəyyən metodlara əsaslanırdılar.
Şiə məzhəbi
Şiəlik ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. : Sünni alimi Firuz Abadi öz lüğətində belə yazır : "Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi.
Cəriri məzhəbi
Cəriri məzhəbi (ərəb. المذهب الجريري‎) — IX əsrdə əsası qoyulmuş və 10-cu əsrdə fəaliyyətini dayandıran sünni islamda ilkin hüquq məktəblərindən (məzhəblərindən) biri. Məzhəbin banisi-eponimi Təbəristandan (müasir İran) olan fars əsilli məşhur müsəlman ilahiyyatçısı İbn Cərir ət-Təbəridir (839–923). İbn Cərir Qurana dair ən yaxşı teoloji şərhlərdən birinin (Təfsir ət-Təbəri) müəllifi olmaqla yanaşı, həm də hədis (ilm əl-hədis) və İslam hüququ (fiqh) üzrə alim idi. Uzun müddət hüquqi məsələlərdə əş-Şafiinin davamçısı olan ət-Təbərinin məzhəbi Şafii məzhəbindən çox da fərqlənmirdi və bir çox mühüm cəhətlər bu məzhəbdən götürülmüşdü. Gəncliyində Əhməd ibn Hənbəldən dərs almaq niyyəti ilə Bağdada səfər edən (lakin onun sağlığında tapa bilməyən) ət-Təbəri, sonradan dəfələrlə hənbəlilərlə qızğın polemikaya girmiş və onun ardıcılları hənbəli məzhəbinin enerjili müxalifləri olmuşdur. Təbəri ilə Hənbəlilər arasında düşmənçilik o qədər şiddətlənmişdir ki, 923-cü ildə Təbəri vəfat etdikdən sonra hənbəlilərin dəfni pozmaması üçün o, gecə gizli şəkildə dəfn edilmişdir. Cəriri məktəbi qadınların roluna liberal münasibətilə seçilirdi. Məsələn: Cəririlər qadınların hakim ola biləcəyini və kişilərə namaz qıldıra biləcəyini düşünürdülər. Cəriri məzhəbinin ciddi şəkildə qınadığı fiqhi üstünlük məsələsində də Hənəfi məzhəbi ilə ziddiyyətləri tapılmışdır.
Hənəfi Mehmed Əfəndi
Hənəfi Mehmed Əfəndi (v. 1658, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. Naxçıvanda dünyaya gəlmişdir. Bir müddət burada təhsil gördükdən sonra İstanbula gəldi. İstanbulda müxtəlif müəllimlərdən dərslər aldı, məzun olduqdan sonra 40 axca maaşla müdərrisliyə başladı. 1625-ci ildə Təkirdağda Rüstəm Paşa mədrəsəsinə təyin edildi. Ertəsi il Osman Paşa mədrəsəsinə, iki il sonra Mehmed Paşa mədrəsəsinə, 1630-cu ildə Əsməhan Sultan mədrəsəsinə, 1631-ci ildə Sahn-ı səman mədrəsəsinə, ardından Ədirnədəki Bəyazid mədrəsəsinə və Səlimiyə mədrəsəsinə müdərris təyin olundu. 1634–1638-ci illərdə qazı olaraq Mədinədə xidmət göstərdi. Daha sonra Misir (1641–1643) və Ədirnə (1646–1647) qazısı oldu. 1648-ci ildə Anadolu qazəsgərliyinə gətirilsə də, həmin il bu vəzifədən alındı.
Səid ibn Abdullah əl-Hənəfi
Səid ibn Abdullah əl-Hənəfi (ərəb. سعید بن عبد الله الحنفی‎) — Kərbəla döyüşündə şəhid olmuş Hüseyn ibn Əlinin səhabəsi. O, görkəmli şiə və Kufə əsilzadəsi kimi İmam Hüseynin Kufəyə dəvət olunmasında mühüm rol oynamışdır. O, kufəlilərin bir neçə mühüm məktubunu İmam Hüseynə çatdırdı. Onun çatdırdığı son məktub Müslüm ibn Əqilin İmam Hüseynə məktubu oldu. Həmin andan o, İmam Hüseyni Məkkədən Kərbəlaya qədər müşayiət etdi. Səid Aşuradan əvvəlki gecə Əhli-beytə sevgisini və İmam Hüseyni dəstəklədiyini sübut edən çıxışı ilə də yadda qalıb. Səid (və ya Səd) ibn Abdullah əl-Hənəfi Adnan qəbiləsindən Bənu Bəkr ibn Vail nəslindən olan Bəni Hənifə ibn Lacim qəbiləsindən idi. O, cəsarəti və təqvası ilə məşhur olan Kufənin məşhur zadəganlarından idi. Müaviyə ibn Əbu Süfyanın vəfatından sonra Kufə şiələri Hüseyn ibn Əliyə bir neçə məktub yazıb onu öz şəhərlərinə dəvət etdilər.